Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb

21
noy
2020
20:05
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü Səid Xətibzadə tvitter səhifəsində yazıb.
S. Xətibzadə buna səbəb kimi, Nazirlər Kabinetinin fövqəladə iclasının keçirilməsini göstərib: "Qarşıdan gələn həftədə Nazirlər Kabinetinin büdcənin müzakirəsi üçün fövqəladə iclası keçiriləcək. Nazirlərin hamısının bu iclasda iştirakı lazımdır".
Qeyd edək ki, bundan öncə S. Xətibzadə Zərifin noyabrın 23-24 -də Moskva və Bakıya səfər edəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Cavad Zərif Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüs...