SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezidentlər Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfindən hərbi fəaliyyətin davam etməsindən narahatlıq ifadə olunub.

Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması və böhranın deeskalasiyası məqsədi ilə görülən addımlar barədə məlumatlandırıb.

İki ölkənin xarici siyasət və müdafiə strukturları, eləcə də xüsusi xidmət orqanları arasında bundan sonra da koordinasiyanın həyata keçirilməsi razılaşdırılıb.

BAKU.WS