SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir.

Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.

Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.

BAKU.WS
QALEREYA