Hikmət Hacıyevdən Ermənistan hücumlarının qurbanı olan yeniyetmələr barədə paylaşım - FOTO

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mülki yaşayış obyektlərini atəşə tutması nəticəsində həyatını itirən iki yeniyetmə ilə bağlı paylaşım edib.
O bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.
H.Hacıyev fərqli millətlərdən olan (Rusiya və Azərbaycan) Artur və Orxana faciəli tale yaşadan Ermənistanın hücumunu pisləyib:
“İki yaraşıqlı yeniyetmə - Artur və Orxan. Fərqli millətlərdən asılı olmalarına baxmayraq (Rusiya və Azərbaycan) ortaq faciəli tale yaşadılar. Onlar Ermənistanın Azərbaycanın şəhərlərindəki mülki vətəndaşlara qarşı ballistik raketlərlə etdiyi hücumların, müharibə cinayətlərinin qurbanlarıdır”.

Oxşar xəbərlər
İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. - Cənab Prezident, birinci sualım...