SİZİN REKLAM BURADA!
055 213 76 73


Təcavüzkar Ermənistanın döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərində mülki insanları hədəf alması hərbi cinayət, terror və soyqırımıdır.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın bu soyqırımı törətməsi onun terrorçu dövlət olduğunu bir daha təsdiq edir.

Deputat əlavə edib ki, Ermənistan bu cinayəti ilə hərbi əməliyyatlarda məğlub olmasını ört- basdır etmək, Azərbaycanı raketlərin atıldığı Ermənistanı vurmağa təhrik etmək, beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etməkdir:

"Onun digər məqsədi Azərbaycanda xaos və anarxiya yaratmaqdır. Ermənistan rəhbərləri müharibə caniləridir. Lakin Azərbaycan 1990- cı illərin dövləti və cəmiyyəti deyil. Azərbaycan xalqının iradəsi və gücü ermənilərin bu çirkin niyyətlərini iflasa uğratdı".

BAKU.WS