Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub - VİDEO

17
okt
2020
10:24
Füzuli rayonunun daha bir neçə kəndi işğaldan azad olunub.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.
Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır! Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə Prezident bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...
