10 santimetrlik qələm udan uşaq sağ qaldı

10 santimetrlik qələm udan uşaq sağ qaldı
Siyasət 114

Nepalda yeddi yaşlı uşaq təsadüfən 10 sm uzunluğunda qələm udub.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, ana yeddi yaşlı oğlunu Katmandu xəstəxanasına aparıb. O, uşağın qələmlə oynadığını və yanlışlıqla udduğunu bildirib.

Uşaq baş verənləri dörd saat sonra valideynlərinə danışıb.

Müayinə zamanı həkimlər mədədə yad cisim aşkar ediblər, balaca xəstə müşahidə altında qalıb və əməliyyata hazırlanıb.

Lakin bir gün sonra qələm həyati orqanlara zərər vermədən təbii şəkildə bədəndən çıxıb.

Daha sonra uşaq evə göndərilib.

Son xəbərlər