1-ci qrup əlil: “Daşınan qutudan imtina edib məntəqəyə getdim” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 39 saylı seçki məntəqəsində qeydiyyatda olan birinci qrup əlil, Şabran rayon Sincanboyad kənd sakini Rahib Agası oğlu Məmmədov onun üçün daşınan qutunun gətirilməsindən imtina edərək məntəqədə səs vermək istədiyini bildirib.
BAKU.WS Secki-2024.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü R.Məmmədov bu istəyini Zəfər seçkisinə verdiyi önəmlə əlaqələndirib:
“Sağ olsunlar, dedilər qutu gətirək evdə səs ver. Bundan əvvəlki seçkilərdə elə olub. Ancaq bu dəfə razılaşmadım, dedim bu elə seçkidir ki, necə olursa olsun, özüm gəlib məntəqədə səs verəcəyəm. Çünki bugünkü seçkini Azərbaycanımızın hər yerində keçiririk. Bu, xalqımız üçün böyük hadisədir, Zəfər seçkisidir!”
Qeyd edək ki, Rahib Məmmədovun arzusu reallaşdırılıb və onun əlil arabasında məntəqəyə daxil ola bilməsi üçün pilləkəndə xüsusi şərait yaradılıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...