Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür

Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür
Foto
Mədəniyyət 9

Bu gün Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür. Onun anadan olmasından 89 il ötür.

Xəyyam Mirzəzadə 1935-ci ilin bu günü, yəni oktyabrın 5-də Bakıda doğulub.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Elə həmin ildən etibarən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başlayıb.

Eyni zamanda 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Xəyyam Mirzəzadənin yaradıcılığı instrumental və vokal musiqini, simfonik və kamera janrlarını əhatə edir.

Dramatik tamaşalara və kinofilmlərə musiqilər bəstələyib.

Bir çox kamera əsərlərinin və sonataların müəllifidir. Bəstəkar "Ağlar və qaralar" baletini 2000-ci ildə ərsəyə gətirib.

Xalq artisti 1963-cü ildə "Oçerklər-63" simfonik poemasını, 1967-ci ildə isə "Muğan çöllərində" süitasını yazıb.

Xəyyam Mirzəzadə 2000-ci ildə "Şöhrət" ordeni, 2010-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Xalq artisti 2018-ci ilin iyulun 30-da uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Əməkdar incəsənət xadimi ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.

Bəstəkar Bakıda İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Son xəbərlər