Xalq artisti Valeh Kərimovun 79 yaşı tamam oldu

Xalq artisti Valeh Kərimovun 79 yaşı tamam oldu
Mədəniyyət 188

Bu gün Xalq artisti Valeh Kərimovun 79 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Valeh Kərimov 1944-cü il martın 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində doğulub.

1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb.

Valeh Kərimov bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti" adına layiq görülüb.

2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb, həmçinin Prezident mükafatı alıb.

Valeh Kərimov 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir. 2020-ci ilin iyunun 4-də "Vaqif Səmədoğlu" medalı ilə təltif edilib.

Valeh Kərimov Loğman Kərimovun qardaşıdır. Həyat yoldaşı Zöhrə Bayram qızı Kərimova Sumqayıt şəhərindəki 20 saylı "Göy qurşağı" uşaq bağçasının müdiri olub, 30 may 2016-cı ildə vəfat edib.

Xalq artisti Bağdada putyovka var... (film, 2000), Bəxt üzüyü (film, 1991) - Moşu Göyəzənli, Milli bomba (film, 2004), Bəxt üzüyü 2 (film, 2017) kimi filmlərdə maraqlı obrazlar yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər