Xalq artisti Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun vida mərasimi 25 avqust saat 11.00-13:00-da Təzə Pir məscidində keçiriləcək.
BAKU.WS xəbər verir ki, dəfn mərasimi saat 13:30-da İkinci Fəxri Xiyabanda baş tutacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Oxşar xəbərlər
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi...