Xalq artisti ərizə yazıb işdən çıxdı - FOTO

Xalq artisti ərizə yazıb işdən çıxdı - FOTO
Mədəniyyət 862

Xalq artisti Pərviz Məmmədrzayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki işindən ayrılıb.

BAKU.WS xəbər verir ki, aktyor ərizə yazaraq universitetin “Dram rejissoru və səhnə plastikası” və “Dram teatrı və kino aktyoru” kafedrasının dosenti vəzifəsindən öz istəyilə istefa verib.

Bu haqda BAKU.WS-ə açıqlama verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin mətbuat katibi Şəhanə Müşfiq aktyorun bundan sonra sadəcə yaradıcılığı ilə məşğul olacağını bildirib:

"Pərviz Məmmədrzayev gələcək yaradıcılıq işləri ilə bağlı istefa verib. Ərizəsində də bu cür qeyd edib. Öz istəyi ilə işdən çıxıb. Bundan sonra şəxsi yaradıcılıq işləri ilə məşğul olacaq".

Xatırladaq ki, Pərviz Məmmədrzayev Azərbaycan pantomim aktyorudur. Xalq artisti 2001-ci ildən ADMİU-da fəaliyyət göstərib.

Son xəbərlər