"Tanrıların Maşınları"nın yazarı Erix fon Deniken vəfat etdi
Antik sivilizasiyaların dünya xarici varlıqlarla əlaqəsi olduğunu iddia edən və "Tanrıların Maşınları" kitabı ilə tanınan İsveçrəli yazar Erix fon Deniken, 90 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, onun ölüm xəbəri ailəsi və yaxınları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, 1935-ci ildə İsveçrədə anadan olan Deniken, 1968-ci ildə yayımlanan "Tanrıların Arabaları" kitabı ilə dünya miqyasında şöhrət qazanıb. Kitabda qədim dövrlərə aid memarlıq nümunələri, mifoloji hekayələr və texnoloji izlərin, dünya xarici varlıqların insanlıq tarixinə müdaxiləsinin nəticəsi ola biləcəyi iddia edilib. Əsər qısa zamanda bestseller olub, onlarca dilə tərcümə edilib və milyonlarla oxucuya çatıb.
Denikenin tezisləri akademik dairələr və elm adamları tərəfindən elmi əsasdan məhrum olduğu səbəbi ilə tənqid olunub. Buna baxmayaraq, yazar ömrü boyunca fikirlərini müdafiə edib və antik astronavt nəzəriyyəsi çərçivəsində çox sayda kitab yazıb. Onun əsərləri sənədli filmlərə, televiziya proqramlarına və populyar mədəniyyət müzakirələrinə ilham verib.
Oxşar xəbərlər
Qaxda yerləşən dünya əhəmiyyətli abidə nə zaman bərpa olunacaq?
Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və dünya əhəmiyyətli memarlıq abidəsi hesab olunan Ləkit məbədi Qafqaz Albaniyasında və bütün Cənubi Qafqazda te...