Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
BAKU.WS xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.
Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.
Oxşar xəbərlər
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək - FOTO
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası gələn il Şuşada keçiriləcək. Mədəniyyət Nazirliyindən BAKU.WS-ə bildirilib ki, bu barədə qərar Bursada...
