Sənət adamları Mədəniyyət Nazirliyi ilə üz-üzə: Kim haqlıdır?
Sosial şəbəkələrdə yayılan açıqlamalarda bir sıra incəsənət nümayəndələri iddia edirlər ki, dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizmi yoxdur.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, onların sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.
Məsələ ilə bağlı Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır.
"Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm".
Kamança ifaçısı Şəhriyar Musayev də məsələyə münasibət bildirib.
"Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı", - deyə o vurğulayıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Xatirə İslamdan ittihamlara cavab - "Mən o adam deyiləm"
"Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söhbət sənətdən, səsdən gedəndə hər zaman xalq mənim arxamda dayanıb və buna...