Rəfael: "Məhəllə 3"də çəkilməməyim Allahın mənə lütfüdür" - VİDEO
06
mar
2019
16:34
"Sizə bir kəlmə deyim, mənim "Məhəllə 3"də çəkilməməyim bəndənin işi deyil, Allahın mənə göstərdiyi lütfdür".BAKU.WS xəbər verir ki, bu sözləri "Bu şəhərdə" teatrının aktroyu Rəfael İsgəndərov Real TV-yə müsahibəsində deyib.Tamaşaçılar "Məhəllə" filminin ən çox sevilən Qüdrət obrazını "Məhəllə 3" filmində görmədilər. Aktyor izləyicilərin sosial şəbəkələrdə yazdığı "Qüdrətsiz Məhəbbət" maraqlı olmadı" fikirlərinə belə cavab verib: "Deyəsən doğrudan da elə oldu. Özüm sosial şəbəkədə olmasam da, o yazılanlardan xəbərdaram. Yazılanları dost-tanış mənə göndərir". Əməkdar artist bu sözlərinin ardından intriqalara əhəmiyyət vermədiyini söyləyib:"Biz başımızı aşağı salıb işimizlə məşğuluq. İntriqanın cavabı da növbəti konsertdir. Hansısa sənətkar bizi tənqid edəndə, qəbul edirik. Amma sənət baxımından bizdən aşağıda olanlara vaxt ayırmırıq. Boş intriqaya vaxt ayırmaqdansa, yeni ssenari, yeni rol üzərində işləyib, tamaşaçıya təqdim edirik. Bizim gördüyümüz işdən qazancımız tamaşaçının verdiyi qiymətdir. Deyirlər ki, sənətkarı xalq yaşadar. Burada söhbət maddiyatdan getmir. Sənətkarı səhnədə sevib alqışlayırlarsa, yaşayır. Alqış yoxdursa, batıb gedirsən. Xatırladaq ki, Tahir İmanov mətbuata müsahibəsində “Məhəllə 3"də Qüdrət obrazının yer almamasını belə şərh vermişdi: “Məhəllə” yaradılanda Qüdrət harda idi axı?! İlk “Məhəllə” 2000-ci ildə “Parni iz Baku”nun KVN komandasının konsertində olub. Qüdrət rolu isə ancaq 2003-cü ildə filmdə çəkilib. Ümumilli liderimiz Heydər Əliyev mən, Cabir İmanov və Bəhram Bağırzadənin əsas rolda olduğu “Qüdrət”siz “Məhəllə”yə gülüb". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
İmanov qardaşlarının "Məhəllə 3" filminin böyük təqdimatı baş tutdu - VİDEO
Martın 3-də Heydər Əliyev Sarayında "Məhəllə 3" filminin təqdimatı keçirilib.BAKU.WS xəbər verir ki, filmin prodüserləri əməkdar artistlər Tahir və Cabir İmanov...