"Xəstə olduğunu bilə-bilə üzərinə gedənlərin indi vicdanları onlara nə deyir?!"
"Rasim Balayev öz istedadı və zəhməti ilə sənətin zirvəsinə qalxmış və xalqımız tərəfindən yüksək qiymətləndirilmiş bir aktyor idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən bildirib ki, Rasim Balayevin vəfatı xallqımızın mədəniyyəti və tarixi üçün ağır itkidir:
"Çox təəssüf ki, biz Rasim Balayevi itirdik.
Düşünürəm ki, biz sənət adamlarına yaşa dolduqca daha çox dəyər verilməlidir. Onun xəstə olduğunu bilə- bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları onlara nə deyir?! Gəncliyini sənətinə, xalqına həsr etmiş insanları qorumalıyıq. Rasim Balayevin vəfatı xalqımızın tarixi və mədəniyyəti üçün böyük itkidir".
Xatırladaq ki, Rasim Balayev 1948-ci il 8 avqustda Ağsuda doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
O 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.
Rasim Balayev ilk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
Aktyor eyni zamanda onlarla filmdə obrazları səsləndirib.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Prezident və xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vida mərasiminə...