Ramana qəsrinin qədim yaşayış məskənin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar tapılıb

Ramana qəsrinin qədim yaşayış məskəninin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bildirilib ki, Ramana qəsrinin yerləşdiyi ərazidə arxeoloji tədqiqatlara başlanılıb.
"Artıq ilkin nəticələr əldə olunub və bu nəticələr ərazinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır. Aparılan arxeoloji qazıntılar zamanı Ramana qəsrinin qədim yaşayış məskəninin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar aşkar edilib. Qazıntılar zamanı IX–XIV əsrlərə aid şirli və naxışlı keramika nümunələri, təndirlər, əl dəyirmanı və kanalizasiya arxı kimi maddi-mədəniyyət nümunələri üzə çıxarılıb".
Vurğulanıb ki, əldə olunan tapıntılar Ramana qəsrinin yerləşdiyi ərazinin mühüm arxeoloji potensiala malik olduğunu göstərir və tədqiqat işlərinin davam etdirilməsini zəruri edir:
"Arxeoloji işlər başa çatdıqdan sonra ərazinin konservasiyası, qəsrin bərpası, həmçinin müasir mədəni xidmət infrastrukturunun qurulması nəzərdə tutulur".
Dövlət Xidməti, eyni zamanda, sosial mediada qəsrin ətrafındakı qazıntı işlərindən dolayı yaranan baxımsız vəziyyətə də münasibət bildirib.
"Ramana qəsrinin qorunması, bərpası, eləcə də ziyarətçilərə göstərilən mədəni xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılmaqdadır".
Oxşar xəbərlər
Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür
Bu gün Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür. Onun anadan olmasından 90 il ötür. Xəyyam Mirzəzadə 1935-ci ilin bu günü, yəni oktyabrın 5-də Bakıda doğu...
