Qəzənfər Abbasov: Aparıcı bədii kollektivlərin bölgələrə səfəri mədəni mühiti canlandıracaq
Aparıcı bədii kollektivlərin bölgələrə səfəri, oradakı çıxışı mədəni mühitin canlanmasına təkan verəcək.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açqılamasında tanınmış xanəndə, pedaqoq, Əməkdar müəllim Qəzənfər Abbasov deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın aparıcı bədii kollektivlərinin genişmiqyaslı qastrol proqramı böyük əhəmiyyətə malikdir.
"Bəllidir ki, ucqar rayonlarda yaşayan vətəndaşlarımızın zəngin tarixi və özünəməxsus sənət ənənələri olan bədii kollektivlərin, eləcə də tanınmış incəsənət ustalarının konsertlərini əsasən efir-ekrandan izləmək imkanları var. Bu qastrol proqramı ilə, əslində, regionlarda yaşayan musiqisevərlərin arzuları gerçəkləşir".
Xanəndə bildirib ki, aparıcı bədii kollektivlərin bölgələrdə çıxışı həm mədəni mühitin canlanmasına təkan verəcək, eyni zamanda incəsənətə, musiqiyə maraq göstərən istedadlı gənclərin həvəsini artıracaq.
"Ona görə də bu layihənin hər il həyata keçirilməsini və bütün rayonlarımızı əhatə etməsini istəyərdim", - o əlavə edib.
Oxşar xəbərlər
Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-d...