Qarabağdakı mədəni irsin restavrasiyası üçün bütün dəstəyi verəcəyik - Çavuşoğlu

Qarabağdakı mədəni irsin restavrasiyası üçün bütün dəstəyi verəcəyik - Çavuşoğlu
Mədəniyyət 48

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfər çərçivəsində qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşlə bağlı türkiyəli nazir sosial şəbəkədə paylaşım edib.

“Can Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdük. İşğal nəticəsində zərər dəyən Qarabağdakı Azərbaycan mədəni irsinin restavrasiyası üçün hər cür dəstəyi verəcəyik. YUNESKO başda olmaqla beynəlxalq arenada Azərbaycanın haqlı mübarizəsinin arxasındayıq”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər