Oqtay Bağırlı "Heykəl" komediya filminin qala-gecəsində iştirak edib"

Oqtay Bağırlı Heykəl komediya filminin qala-gecəsində iştirak edib
Foto
Mədəniyyət 160

Sosial şəbəkələrdə Oktayfason ləqəbi ilə tanınan blogger Oqtay Bağırlı yerli istehsalı olan "Heykəl" komediya filminin qala-gecəsində iştirak edib. Qala-gecəsində bir çox tanınmış sima, media nümayəndələri və sosial media nümayəndələri də yer alıb.

Tədbirdən sonra təəssüratlarını bölüşən Oqtay Bağırlı filmin ümumi ab-havasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, "Heykəl" filmi həm yumor, həm də tamaşaçıya ötürdüyü mesaj baxımından maraqlı alınıb. Blogger xüsusilə filmdəki komik səhnələrin zalda izləyicilər tərəfindən böyük maraq və gülüşlə qarşılandığını qeyd edib.

Oqtay Bağırlı bildirib ki, bu tip komediya layihələri Azərbaycan kinosu üçün önəmlidir və tamaşaçının kinoya marağını artırır. O, yaradıcı heyətə uğurlar arzulayaraq, belə layihələrin davamlı olmasını istədiyini vurğulayıb.

Qeyd edək ki, Oktayfason son dövrlərdə sosial mediada aktivliyi, gülməli kontentləri və ictimai tədbirlərdə iştirakı ilə diqqət mərkəzindədir.

Oqtay Bağırlı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər