Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Oxu.Az xəbər verir ki, Muzey Mərkəzinin direktoru - Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova vəzifəsindən azad edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir.
Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında Vladimir Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı Lenin Muzeyinin filialı kimi istismara verilib.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən, bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib və Muzey Mərkəzi adını alıb.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...