Musiqi məktəblərinə ixtisas seçimi hansı tarixdə olacaq? - RƏSMİ
Musiqi məktəblərinə ixtisas seçimi ilə bağlı bəzi detallar məlum olub.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən bəzi valideynlər ixtisas seçiminin iyulun 28-də olmalı olduğunu desələr də bu prosesəs hələ başlamayıb.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata əsasən, 2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri artıq elan olunub. Namizədlər nəticələrlə "exam.culture.az" portalı vasitəsilə tanış ola bilərlər.
İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində "MyCulture" vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq. Bu müddətin bitmə tarixi isə avqustun 1-nə təsadüf edir. İxtisas seçimi prosesi isə bu vaxtdan tez başlamayacaq.
Qeyd olunub ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra "MyCulture" şəxsi kabineti üzərindən aparılacaq.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür
Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun anadan olmasından 88 il ötür. Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. Musiq...