"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.
BAKU.WS xatırladır ki, Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini şəhərin 199 nömrəli məktəbində alıb.
Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnib. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci təhsil alıb.
M.Maniyevin kinoda debütü "Onu bağışlamaq olarmı?" (1959) kinodramında ("Milis serjantı") olub. Bundan sonra "Koroğlu" filmində "Dəmirçi Polad", "Çapar" və "Qapıçı" rollarını canlandırıb. Sonrakı illərdə o, "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim", "Qızıl uçurum", "Qərib cinlər diyarında", "Gözlə məni", "Xoşbəxtlik qayğıları", "Ölsəm… bağışla", "Sizi dünyalar qədər sevirdim", "Nizami" və digər filmlərdə çəkilib.
Muxtar Maniyevin "Bəyin oğurlanması" filmindəki "Qonaq" obrazı da uğurlu rollarından biridir. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə aktyor müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.
Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı...