Məşhur ukraynalı rəssamın əsərləri yandı - FOTO

Məşhur ukraynalı rəssamın əsərləri yandı - FOTO
Foto
Mədəniyyət 126

Məşhur ukraynalı rəssam Mariya Primaçenkonun əsərləri yanıb.

BAKU.WS xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, rus əsgərləri Kiyevdə yerləşən "İvankiv" muzeyinə bomba atıblar.

Nəticədə, rəssama aid 25 dəyərli əsər yanaraq kül olub.

Qeyd edək ki, Mariya Primaçenko yanvarın 12-də 1909-cu ildə anadan olub. 1997-ci ildə vəfat edən rəssam daha çox Ukrayna folkloruna aid nümunələr yaradıb.

Onun bir çox əsərləri dünyanın prestijli sərgi salonlarında nümayiş olunub. Ən məşhur əsəri isə 1977-ci ildə çəkdiyi "İki başlı toyuq" tablosudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər