Mədəniyyət Nazirliyinin rus qonağa qanunsuz ödəniş etdiyi üzə çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.
Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.
Oxşar xəbərlər
“Bazar və yeməkxana mədəniyyəti…” - Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu
“Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var. İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərə...