Mədəniyyət Nazirliyi yazar və naşirlərlə görüş təşkil edib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 19-da Milli Kitabxanada yazar və naşirlərlə görüş keçirilib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Mədəniyyət Nazirliyi tərəfindən nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabr ayında keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar müzakirə olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya tərəfindən nəşrlərin satın alınması şəffaf şəkildə həyata keçirilir. Kitabxana fondlarında az olan uşaq ədəbiyyatı, eləcə də akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına üstünlük verilir.
Qeyd olunub ki, oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara ithaf olunacaq. Builki sərgi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" şüarı ilə təşkil ediləcək. Sərgidə iştirakla bağlı qeydiyyat sentyabr ayınadək davam edəcək.
Kitabxana sahəsində həyata keçirilən islahatlar barədə danışan Fərid Cəfərov qeyd edib ki, məqsəd kitabxanalarda xidmət səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, oxucuların kitaba əlçatanlığının təmin olunmasıdır.
Naşir və yazarlar çıxışlarında kitabxana sahəsində aparılan təkmilləşdirmənin əhəmiyyətini vurğulayıb, prosesə dəstəklərini ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrına Müslüm Maqomayevin adı veriləcək
Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alını...