Leyla Əliyevanın dəstəyi ilə "Bayatı şiraz"ın treki hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sound of Land" layihəsi çərçivəsində Bakıda keçirilən "Yaradıcı həftə" ərzində yeni trekin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, prodüser və DJ Burak Yeter "Bayatı şiraz" adlı yeni trek hazırlayıb.
Elektron musiqi janrında yeni əsərin bütün platformalarda distribusiyası ilə "Yaradıcı Studio" məşğul olacaq.
Prodüser Anar Reybandın fikrincə, "Yaradıcı Studio" ilə birgə ərsəyə gətirilən bu mahnı gənclər üçün hədiyyədir, eyni zamanda dinamik musiqi həvəskarlarını daha da ruhlandıracaq.
Gənc xanəndə Kənan Bayramovun ifasında olan bu trek bir çox musiqi platformalarında yayımlanacaq.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...