"İsmayıl" obrazı ilə yadda qalan Ceyhun Mirzəyevin doğum günüdür
Bu gün "Ögey ana" və "Fəryad" filmlərində yaratdığı İsmayıl obrazı ilə tanınan tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.
O, 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, daha sonra Moskvada təhsilini davam etdirib.
Ceyhun Mirzəyev kino fəaliyyətinə çox erkən yaşda başlayıb. O, cəmi 11 yaşında "Görüş" filmində rol alıb, bir il sonra isə "Ögey ana" filmində çəkilib. Ümumilikdə həyatının böyük hissəsini kino sahəsinə həsr edib.
Sənət fəaliyyəti dövründə kinostudiyada müxtəlif vəzifələrdə çalışıb. Assistent, rejissor köməkçisi və aktyor kimi fəaliyyət göstərməklə yanaşı, rejissor kimi də filmlər çəkib. "Mozalan" satirik kinojurnalında süjetlər hazırlayıb və bir müddət onun bədii rəhbəri olub. Həmçinin güclü parodiya bacarığı ilə seçilib.
Onun son işi "Fəryad" filmi olub. Lakin aktyor bu filmin premyerasını görməyə macal tapmayıb. Çəkilişlər zamanı səhhəti pisləşən Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
"Fəryad" filmindəki işinə görə o, "Humay" mükafatına layiq görülüb
Oxşar xəbərlər
Eldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azə...