Dilarə Kazımova bu çıxışına görə ermənilərin virtual hücumuna məruz qaldı - VIDEO

Dilarə Kazımova bu çıxışına görə ermənilərin virtual hücumuna məruz qaldı - VIDEO
Mədəniyyət 7579

Azərbaycanı 2014-cü ildə “Eurovision”da təmsil edən Dilarə Kazımova ermənilərin virtual hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, buna səbəb müğənninin Azərbaycanın Ermənistan ordusu tərəfindən hücuma məruz qalması və Dağlıq Qarabağ həqiqətləri barədə videoçıxışını “İnstagram”da paylaşması olub.

D. Kazımovanın ingilis dilində sözügedən çıxışı qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ifaçının rəsmi hesabı şikayətlərə məruz qalıb. O, hesabının bloklanmaması üçün çıxışının daha çox paylaşılmasını xahiş edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər