Çingiz Abdullayev qurultaya 203 min xərclənməsi haqda: “Bu sözü soruşmağa utanmırsız?” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?”
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verərkən deyib.
O bildirib ki, ayırılan vəsaitdən daha çox pul çox xərclənib:
“Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu... İçəri girəndə posterlərə baxmamısınız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı?”
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...