İdarə heyətinin sədri: "Tarixi abidələrimizin qorunmasında hər birimiz maraqlıyıq"

İdarə heyətinin sədri: Tarixi abidələrimizin qorunmasında hər birimiz maraqlıyıq
Mədəniyyət 3982
"Sosial şəbəkədə insanların Qoşa Qala divarları ilə bağlı həssaslığını anlayırıq. İstənilən qurum ictimaiyyətə açıq olmalıdır. Əgər vaxtında məlumat verilməyibsə, onlar cavablandırılmalıdır. Biz hamımıız bu ölkənin vətəndaşlayırıq. Tarixi abidələrimizin qorunmasında hər birimiz maraqlıyıq".BAKU.WS xəbər verir ki, bu sözləri "İçərişəhər" DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.O, bundan sonra mətbuatla əlaqələri genişləndirəcəklərini və görülən işlər barədə mətbuat məlumat verəcəklərini vurğulayıb:"Sosial şəbəkədə Qoşa Qala divarları barədə yanlış məlumat yayılması insanları qıcıqlandırdı və bəzən onlar bu barədə təhqiredici ifadələr də işlətdi. Lakin mən bunu şərh etmək istəmirəm. Bu barədə əsas sözü birinci xanım Mehriban Əliyeva dedi. Növbəti aylarda görülən işlər yekunlaşacaq və siz dəyişiklikləri daha yaxından izləyə bilərsiniz"."İçərişəhər"də kommersoya məqsədi ilə tikilən obyektlərin tarixi abidələrə ziyanı varmı", sualına Əsgər Ələkbərov bu cür yerlərin tarixi məkanlara ziyan vurmadan tikilməsinin normal olduğunu qeyd edib və əlavə edib ki, bu cür məkanların tikintisinə razılığı "İçərişəhər" DTMQİ idarə Heyəti verir.Lalə Ramizqızı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər