Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanın Xalq yazıçısı, ssenari müəllifi İsa Hüseynovun (Muğanna) anadan olmasından 95 il ötür.
BAKU.WS xəbər verir ki, İsa Mustafa oğlu Hüseynov 1928-ci ilin bu günü, yəni iyunun 12-də dünyaya gəlib. 1952-ci il tarixində Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1952-1954-cü illər ərzində “Azərnəşr”də müxtəlif vəzifələrdə işləyib. Uzun illər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor kimi fəaliyyət göstərib.
İsa Hüseynov 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, 1950-ci ildən etibarən iyirmidən artıq kitabları nəşr olunub. Onun ssenarisi əsasında çəkilən "Nəsimi", "Nizami", "Tütək səsi", "Od içində" və bir neçə filmlər izləyici rəğbəti qazanıb.
Əsərləri arasında "Məhşər", "Yanar ürək", "İdeal" romanları xüsusi diqqət çəkir. "İdeal" romanı isə 1980-ci illərin sonunda ədəbi mühitdə məzmun və mövzu mahiyyətilə bir inqilab hadisəsi hesab oluna bilər.
Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və başqa) filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
İsa Hüseynovun Bizim qızlar (pyes, 1953), Dan ulduzu (pyes, 1955), Hekayələr (1957), Yanar ürək (pyes, 1960), Doğma və yad adamlar (roman, 1962), Teleqram (povest, 1963), Yanar ürək (roman, 1965), Tütək səsi (pyes və hekayələr, 1965) kimi kitabları var.
Filmoqrafiyasında isə "Arvadım mənim, uşaqlarım mənim" (film, 1978), "Dəli Kür" (film, 1969), "İyirmialtılar" (film, 1966), "Qərib cinlər diyarında" (film, 1977), "Nəsimi" (film, 1973), "Nizami" (film, 1982), "Ulduzlar sönmür" (film, 1971) kimi ekran işləri yer alıb.
İsa Muğanna 2014-cü ilin aprelin 1-də 85 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Nakam şair Mikayıl Müşfiqin doğum günüdür
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı şair Mikayıl Müşfiqin doğum günüdür. Onun anadan olmasından 115 il ötür. BAKU.WS...