Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq şairi Cabir Novruzun doğum günüdür.
Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olub. İlk təhsilini M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda alıb. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1958-ci ildə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlayan Cabir Novruz sonrakı illərdə "Azərbaycan" ədəbi-bədii jurnalında və "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor vəzifələrində çalışıb. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi kimi fəaliyyət göstərib.
Cabir Novruz yaradıcılığında vətənpərvərlik və mübarizlik ideyaları xüsusi yer tutub. Onun şeirlərində azərbaycançılıq mövzusu əsas istiqamətlərdən biri kimi diqqət çəkib. Şairin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarına, həmçinin müxtəlif orden və medallara layiq görülüb.
Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Görkəmli şair 2002-ci il dekabrın 12-də, 70 yaşında vəfat edib.
Oxşar xəbərlər
İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqla...