Baloğlan Əşrəfovun məzarından görüntülər - VİDEO

30
apr
2021
15:27
Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov Masallıda Bədəlan kəndində dəfn edilib.
BAKU.WS xəbər verir ki, mərhum sənətkarın məzarından görüntülər sosial şəbəkələrdə yayılıb.
Əməkdar artistin məzarı üstünə çox sayda gül əklilləri qoyulub.
Qeyd edək ki, COVID-19-a yoluxan B.Əşrəfov evində dünyasını dəyişib.
Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 2007-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.
Oxşar xəbərlər
Baloğlan Əşrəfovun son mənzili - VİDEO
Əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında doğulduğu Masallı rayonunun Bədəlan kəndində valideynlərinin yanında dəfn olunub. BAKU.WS "Oxu.az"a ist...