Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
Paytaxtda Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) rəsmi təqdimatına həsr olunan dəyirmi masa keçirilib.
BAKU.WS xəbər verir ki, ədbirdə aparıcı incəsənət xadimləri, həmçinin yerli və beynəlxalq KİV təmsilçiləri iştirak ediblər. Tədbir zamanı ilk dəfə keçirilən festivalın missiyası, proqramı və əsas hadisələri təqdim olunub.
Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onlar arasında Şaron Eyal, Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté, RimasTuminas və Geshar Teatrı, həmçinin digər görkəmli sənətkarlar yer alır.
Dəyirmi masanın iştirakçıları Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Beynəlxalq İncəsənət Festivalının səfiri Fuad İbrahimov, BIAF Fəxri Səfiri, müğənni və bəstəkar Aysel Məmmədova, ssenarist, dramaturq İsmayıl İmanov olub.
Təqdimatda xüsusi olaraq Bakıda tamaşaçıların dünyada ilk dəfə görəcəyi önəmli tamaşalara diqqət yetirilib. Onlardan biri, dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyal-ın Delaythe Sadness əsəridir. Eyal-ın yeni işinin premyerası sentyabr ayında Almaniyanın Ruhr triennalında(musiqi və incəsənət festivalı) baş tutmuş və ikinci olaraq BIAF qonaqları tərəfindən izləniləcək.
Qeyd edək ki, festival 31 oktyabr - 16 noyabr tarixlərində baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub
Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" bədii filminin ABŞ-nin kino sənayesinin mərkəzi - Hollivudun yerləşdiyi Los-Anceles şəhərində təqdimatı keç...