Bakı Dövlət Sirkinin yeni proqramı ilk olaraq şəhid və qazi ailələri üçün nümayiş olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Sirki uzun müddətdən bəri intizarda qalan tamaşaçılarına qapılarını açmağa hazırdır.
Yeni mövsümün “Beynəlxalq sirk: festival qalibləri” adlı proqramının nümayişi oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək.
Oktyabrın 12-də isə proqramın şəhid və qazi ailələri üçün xüsusi nümayişi nəzərdə tutulub.
Sirkin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, şou proqramda pəhləvanların, jonqlyor, illüzionist, akrobat və rəqs nömrələrini göstərən artistlərin çıxışı olacaq.
“Beynəlxalq sirk: festival qalibləri” proqramını seyr etmək istəyən şəhid və qazi ailələri Bakı Dövlət Sirki ilə əlaqə saxlaya bilərlər.
Proqram saat 19-da başlayacaq.
Oxşar xəbərlər
Xalq artisti: "Gəlinin toyda oynaması ayıbdır, gəlin utanar"
"Əgər rəqqas və rəqqasə ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getməməlidir. Bu dəhşətdir" Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyst...