Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
"Bu festivallar digərlərindən seçilir, burada tamaşalar, xoreoqrafik rəqslər olacaq, Festival həftəsonuna təsadüf edəcək. Bu da çox xoş haldır".
BAKU.WS xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) rəsmi təqdimatına həsr olunmuş dəyirmi masada çıxışı zamanı Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Beynəlxalq İncəsənət Festivalının səfiri Fuad İbrahimov deyib.
O festival zamanı məşhur özbəkistanlı pianoçu Bəxzod Abduraimovun Azərbaycana gələcəyini bildirib:
"Festivalın gözəl məqamı da ondan ibarətdir ölkəmizə tanınmış sənət nümayəndələri gələcək. Mən orada drijjor kimi çıxış edəcəm. Özbəkistandan mötəbər və məşhur pianoçu gələcək. Bəxzod Abduraimovun Azərbaycanda piano konserti baş tutacaq. Bu mənim idarəçiliyimlə olacaq".
Qeyd edək ki, festival 31 oktyabr - 16 noyabr tarixlərində baş tutacaq.
Oxşar xəbərlər
Romada "Tağıyev: Neft" filminin premyerası keçirilib
İtaliyanın paytaxtı Romada, "Borghese" bağlarında yerləşən "Casa del Cinema" açıq kinoteatrında Azərbaycan kinematoqrafiyasının yeni ekran əsəri – "Tağıyev: Nef...