AzTV bu rayondan da veriliş yayımlayacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
AzTV-nin “Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.
Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da “Ağıllı kənd” layihəsi icra olunacaq.
Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.
Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü - 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.
Oxşar xəbərlər
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” - MÜSAHİBƏ
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür. BAKU.WS xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc...