Azərbaycanlı rəssam vəfat etdi - FOTO

Azərbaycanlı rəssam vəfat etdi - FOTO
Foto
Mədəniyyət 345

Rəssam Abbas Kazımov 65 yaşında Rusiyanın Moskva şəhərində vəfat edib.

BAKU.WS xəbər verir ki, o, COVID-19-dan dünyasını dəyişib.

Xatırladaq ki, Abbas Ələsgər oğlu Kazımov 1956-cı il yanvarın 1-də Bakıda doğulub. 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, UNESCO nəzdində Beynəlxalq Rəssamlar Federasiyasının üzvlüyünə qəbul edilib. Onun əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya və Türkiyədə nümayiş edilib. Moskva, Vaşinqton və Kanadada fərdi sərgiləri təşkil olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər