Azərbaycanlı rejissor Hollivudda tammetrajlı bədii film çəkib

Azərbaycanlı rejissor Hollivudda tammetrajlı bədii film çəkib
Video
Mədəniyyət 97

Azərbaycanlı rejissor, Cənubi Kaliforniya Universitetinin (USC) Kino İncəsənəti fakültəsinin məzunu Rüstəm Vəkilovun mistik trilleri "Hell Hath No Fury"nin Los-Ancelesdə premyerası olub.

BAKU.WS xəbər verir ki, onun debüt işi olan filmi izləyicini ilk kadrdan son kadradək gərginlikdə saxlayan təsirli və fövqəltəbii triller kimi dəyərləndirilib.

Ekran işinin yaxın günlərdə ABŞ və Avropanın aparıcı kinoteatrlarında nümayişə çıxarılacağı gözlənilir.

Filmin ssenari müəllifi Dennis C. Uaylderdir. Onun hekayəsi insan emosiyalarının dərin qatlarını araşdırır və psixoloji dram elementlərini mistik trillerlə ustalıqla birləşdirir.

Ekran işinin süjeti psixiatr Eydan (rolunu Mayls Krouford ifa edir) ətrafında cərəyan edir. O, yeni doğulmuş körpəsini itirməyin acısı və dağılmaqda olan evliliyini xilas etməyə çalışır. Lakin bu çətin anlarda onun həyatında müəmmalı hadisələr baş verməyə başlayır: pasiyentlərindən biri amansızcasına qətlə yetirilir, klinikada isə sirli bir yeni işçi peyda olur. Eydan həm ailəsini, həm də bağlanmaq təhlükəsi ilə üzləşən psixiatrik klinikanı xilas etməlidir.

Bədii filmdə Bruk Batler, Şarlin Rədlin, Xayme Zevallos, Samba Şütte, Lorentso Antonuççi, Maykl Tayq kimi aktyorlar rol alıb.

Rüstəm Vəkilovun rejissorluğu ilə çəkilən "Hell Hath No Fury" real həyatla o biri dünyanın sərhədlərini silən gərgin və atmosferik bir filmə çevrilib. Rejissorun vizyonu Uaylderin ssenarisini intriqa və emosional dərinliklə zəngin bir ekran təcrübəsinə çevirir.

Filmin orijinal saundtraktı Mikayıl Vəkilova məxsusdur. Bəstəni "Bakı Payızı 2023" müsabiqəsinin finalçısı Nazilə Əliyeva ifa edib və o, Hollivud filmində saundtrakı səsləndirən ilk azərbaycanlı müğənni olub.

Son xəbərlər