Azərbaycanlı akademik Xudu Məmmədovun vəfatından 37 il ötür

Azərbaycanlı akademik Xudu Məmmədovun vəfatından 37 il ötür
Mədəniyyət 40

Bu gün Azərbaycanın tanınmış professoru, akademik Xudu Məmmədovun anım günüdür. Geologiya-mineralogiya elmləri doktorunun vəfatından 37 il ötür.

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdamın Mərzili kəndində doğulub.

Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olub.

1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.

Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olub. Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb.

Əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazıb.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri də olub.

"Şərəf nişanı" ordeni və medallarla təltif edilib.

Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də 61 yaşında Bakıda vəfat edib,

Azərbaycanlı elm adamı Fəxri Xiyəbanda dəfn olunub.

Son xəbərlər