Azərbaycanın deputatı "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
Yüksək mükafat ona Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.
İyulun 2-də Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov medal və ona aid sertifikatı Günay Əfəndiyevaya təqdim edib. Nazir deputatı təltif münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
G.Əfəndiyeva göstərilən yüksək diqqət və etimada görə Özbəkistanın mədəniyyət nazirinə minnətdarlığını bildirib və bu mükafatı iki qardaş ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda təşviq kimi qiymətləndirib.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...