Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimovun imzaladığı əmrə əsasən, Əliyev Elnur Əli oğlu Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.
Oxşar xəbərlər
"Bu iki nəfəri mədəniyyət naziri postuna namizəd görürəm" - Afaq Bəşirqızı Prezidentə MÜRACİƏT ETDİ
Xalq artisti Afaq Bəşirqızı son günlər mədəniyyət sahəsində baş verən hadisələrə münasibət bildirib. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, aktrisa baş ver...