Azərbaycan Ermənistanda keçiriləcək Uşaq Avroviziyası Mahnı Müsabiqəsində iştirak etməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan bu il Uşaq Avroviziya yarışmasında iştirak etməyəcək.
BAKU.WS xəbər verir ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Uşaq Avroviziya Müsabiqəsində hər il iştirak etmir:
"Builki Uşaq Avroviziya müsabiqəsi üçün seçim turu keçirilməyib. Məsələn, ötən il "Səs Azərbaycan" musiqi yarışının qalibi ölkəmizi təmsil etmişdi. Amma bu il o müsabiqə olmadı. Və bundan başqa, potensial namizədlər barədə bizə heç bir müraciət daxil olmayıb. Ona görə də ölkəmiz bu il Uşaq Avroviziyasında iştirak etməyəcək".
Oxşar xəbərlər
İTV Avroviziyadakı səsvermə ilə bağlı açıqlama yayıb
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumatda deyilir...