Azərbaycan "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək
12
yan
2026
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təmsilçisi "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.
BAKU.WS xəbər verir ki, iştirakçıların siyahısı püşkatma nəticəsində müəyyən edilib. Nəticələr müsabiqənin rəsmi saytında dərc olunub.
Bildirilib ki, yarımfinal mərhələsində iştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi mart ayının sonlarında bəlli olacaq. İlk yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.
Xatırladaq ki, builki "Avroviziya" Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...