“Avroviziya” qalibinin narkotestinin nəticələri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Avroviziya” mahnı yarışmasında qalib gəlmiş “Maneskin” qrupunun vokalçısı David Damianonun orqanizmində narkotik maddələrin izləri aşkar olunmayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı məlumat paylaşıb.
Bununla da, ifaçı ona qarşı irəli sürülən bütün iddiaların əsassız olduğunu sübut edib.
Qeyd edək ki, yarışma zamanı “yaşıl otaqda”dan yayılan videogörüntülər şayiələrə səbəb olub. Görüntülərdə Damianonun masa üzərinə əyildiyi və müəmmalı hərəkətlər etdiyi əks olunub. Bəziləri ifaçının kokain qəbul etdiyi iddiasını irəli sürüblər. O özü isə masadakı şüşə stəkanın qırıldığını və şüşə qırıntıları üfürərək təmizləmək istədiyini, heç vaxt kokain qəbul etmədiyini, ittihamlardan şoka düşdüyünü bildirib.
Avropa Yayım İttifaqı da otaqda şüşə qırıntılarının aşkar olunduğunu təsdiqləyib və ifaçının şayiələrə son qoymaq üçün könüllü test etdirəcəyini bəyan edib.
Oxşar xəbərlər
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” - MÜSAHİBƏ
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür. BAKU.WS xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc...