Arif Babayevdən yazan Aybəniz Haşımova: "Segahın atası getdi"
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Aybəniz Haşımova instaqramda mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi xanəndə ilə fotosunu paylaşaraq dərin kədər hissi keçirdiyini ifadə edib:
"Arif müəllim, sənətkarların ustadı, ürəklərin səsi idi... Bu gün qəlbimizdən bir parça qopdu. Ustad xanəndə, muğam sənətinin canlı məktəbi, yüzlərlə tələbənin müəllimi, minlərlə dinləyicinin qəlbində iz qoyan Arif Babayev haqq dünyasına qovuşdu. Səsi ilə bizə muğamın sirrini, öyrətdikləri ilə sənətə sədaqəti anlatdı. Ən çətin anlarımızda onun oxuduğu muğamlar könlümüzə şəfa, ruhumuza güc verdi. Bu gün isə o səs susdu...
Segahın atası getdi. Bülbül avazlı ustadımız getdi... Arif müəllim, ruhun şad olsun. Yolun rahat olsun ustad. Biz səni heç zaman unutmayacağıq".
Qeyd edək ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.
O I Fəxri xiyabanda dəfn olunacaq.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...