Aktyor Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev hələ də süni tənəffüs aparatına qoşuludur.
BAKU.WS xəbər verir ki, bunu APA-ya aktyorun qızı bildirib.
"Atamın ağ ciyərində infeksiya var. Həkimlər onu müalicə etməyə çalışırlar. Hələ də süni tənəffüs aparatına qoşuludur. Bir də böyrəklərində problem olur deyə bəzən dializ aparatına da qoşulur".
Qızı onu da qeyd edib ki, atasının səhhəti ilə yalnız Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və aktyor dostları maraqlanır.
Qeyd edək ki, bir neçə gün öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür
Bu gün Azərbaycan və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasından 99 il ötür. Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində...