"Eurovision 2020" musiqi yarışması ilə bağlı yeni qərar qəbul edilib.
BAKU.WS xəbər verir ki, təşkilatçılar yarışın onlayn şəkildə keçirilməsi barədə razılığa gəliblər.

İki saat davam edəcək musiqi yarışması mayın 16-da Avropa vaxtı ilə 21:00-da start götürəcək.

Məlumatda bildirilir ki, onlayn-şou "Avroviziya"nın rəsmi kanalı ilə yayımlanacaq. Şouda 41 ölkənin təmsilçisi çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində “Kleopatra” mahnısı ilə Samira Əfəndi təmsil edəcək. 28 yaşlı Samirə Əfəndiyeva “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Azərbaycanın Səsi” (3-cü yer) kimi populyar musiqi proqramlarında yarışıb. O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

BAKU.WS